Türkiyə Kubokunda ilk finalçı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Kubokunda ilk finalçı məlum oldu

İdman

24 May 2023 23:59 975


Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, “Fənərbaxça” yarımfinalın cavab matçında doğma meydanda “Sivasspor”u qəbul edib.

Sivasda keçirilən oyunda hesab açılmadığından bu matçdakı nəticə həlledici olub. "Fənərbaxça" 3 cavabsız qolla finala yüksəlib.  Toyuqlu pizza

“Fənərbaxça”ya qələbə qazandıran qolları Ferdi Kadıoğlu, Mişi Batşuayi və Coşua Kinq vurublar. Komandanın finaldakı rəqibi ya “Başakşehir”, ya da “Ankaragücü” olacaq. İlk görüşdə “Başakşehir” minimal hesablı qələbə əldə edib - 1:0.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!