Türkiyə - Latviya matçı azarkeşlərin iştirakıyla keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə - Latviya matçı azarkeşlərin iştirakıyla keçiriləcək

İdman

28 Mart 2021 23:19 1684


DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Türkiyə - Latviya matçında məhdud sayda azarkeşlər stadiona buraxılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb. Görüşün keçiriləcəyi Atatürk Olimpiya Stadionunun tutumunun 15 faizi qədər azarkeşin oyunu canlı izləməsinə icazə veriləcək. Bu isə 76 min 761 nəfərlik arenaya təqribən 12 minə yaxın azarkeşin buraxılacağı deməkdir. Azarkeşlər üçün bütün sağlamlıq tədbirləri və HES kodu məcburi olacaq.

Qeyd edək ki, martın 30-da keçiriləcək Türkiyə - Latviya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!