Türkiyə Latviya matçında 6 qol vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Latviya matçında 6 qol vuruldu

İdman

31 Mart 2021 01:18 1112


Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Avropa zonasının G qrupunda yer alan “ay-ulduzlular” III turda Latviya ilə görüşüb.

İlk iki turda güclü rəqiblərini asanlıqla məğlub edən türklər bu dəfə autsayder Latviya ilə bacara bilməyib. Dominos pizza

Şenol Günəşin yetirmələri 3:3 hesablı heç-heçə ilə xal hesabını 7-yə çatdıraraq vahid liderliyi ələ keçiriblər.

Qrupun digər oyunlarında qonaqlar qələbə qazanıb. Norveç Monteneqronu 1:0, Niderland Cəbəllütariqi 7:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 1-də keçiriləcək. Türkiyə Monteneqronu, Norveç Niderlandı, Latviya Cəbəllütariqi qəbul edəcək.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi

G qrupu

III tur, 30 mart

Türkiyə - Latviya – 3:3

Qollar: Karaman, 2, Çalhanoğlu, 33, Yılmaz, 52 (pen.) – Saveyniks, 35, Uldrikis, 58, D.İkaunieks, 79


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!