Türkiyə liqası “fermer liqası”na çevrilir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə liqası “fermer liqası”na çevrilir

İdman

19 May 2025 09:55 459


Doğma divarlar arasında “Kayserispor”u məğlub edən “Qalatasaray” Türkiyə Superliqası çempionluğunu rəsmiləşdirib. İstanbul nəhəngi ardıcıl 3-cü dəfə olmaqla, tarixində 25-ci çempionluğunu əldə edib.

Yenisabah.az xəbər verir ki, matçdan sonra keçmiş futbolçu Batuhan Karadəniz maraqlı məqamlara toxunub. O, Superliqanın yavaş-yavaş “fermer liqası”na çevrildiyini deyib:

“Liqamızda rəqabət getdikcə azalır. Bu il “Fənərbaxça” və “Qalatasaray” arasında 3 oyun olub. “Qalatasaray” 2 matçda qələbə qazanıb, 1 matçda heç-heçə əldə edib. Hansı rəqabətdən danışaq? “Beşiktaş” və “Trabzonspor” isə ümumiyyətlə mübarizədə yoxdur. Əgər belə davam etsə, “Qalatasaray” 5 il də ardıcıl çempion olacaq, 15 il də”. pizza

“Fermer liqası” ifadəsi rəqabəti olmayan futbol çempionatları ilə bağlı istifadə edilir. Fransa və Almaniya liqalarında “PSJ” və “Bavariya”nın illərdir çempion olması bu çempionatların “fermer liqası” adlandırılmasına səbəb olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!