Türkiyə lirəsi hər gün ucuzlaşır 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə lirəsi hər gün ucuzlaşır 

İqtisadiyyat

21 Fevral 2024 11:53 1772


Fevralın 21-də Türkiyə lirəsi (TL) ABŞ dolları və digər xarici valyutalar qarşısında tarixi minimumunu yeniləməkdə davam edib. 

Yenisabah.az xəbər verir ki, Türkiyədə dollar 30,96 TL, avro isə 33,50 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 2,5%, son 6 ayda isə 14% bahalaşıb. Avroda isə müvafiq olaraq 1,7% və 15% bahalaşma müşahidə edilib. 

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 30,84 TL, satış üzrə 30,89 TL müəyyən edib.  Dördpendirli pizza

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının fevralın 21-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0550 manata ticarət edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!