Türkiyə Mərkəzi Bankı 33,5 mlrd. itirib - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Mərkəzi Bankı 33,5 mlrd. itirib - Hesabat

Dünya

07 Aprel 2025 14:13 222


Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları martın 19-da müxalif İstanbul meri Əkrəm İmamoğlunun saxlanıldığı vaxtdan bəri 68,2 milyard dollardan 33,5 milyard dollara düşüb.

Yenisabah.az “Sözcü”yə istinadla xəbər verir ki, Fitr bayramı ilə əlaqədar bir həftəlik tətilin başladığı aprelin 3-nə olan itki 34,7 milyard dollar təşkil edib.

Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan daha əvvəl bildirmişdi ki, İstanbul bələdiyyəsinin başçısı korrupsiya və terrorçularla əlaqədə ittiham olunaraq həbs edildikdən sonra türk lirəsini sabitləşdirmək üçün bazara müdaxilə 3 gün ərzində 25 milyard dollar olub. pizza

Martın 19-da Türkiyənin milli valyutası 11%-dən çox ucuzlaşıb və İstanbul birjasında ticarət bir neçə dəfə dayandırılıb.

Bazarlarda yaranan vəziyyət Türkiyə hakimiyyətinin inflyasiyanı ilin sonuna kimi 24%-ə endirmək səylərini puça çıxara bilər. Üstəlik, onu 30% səviyyəsində saxlamaq çətin olacaq.

Aprel ayında Türkiyədə inflyasiyanın, o cümlədən elektrik enerjisinin bahalaşması ilə bağlı artımı qaçılmazdır. Milli Statistika Qurumunun (TÜİK) daha əvvəl verdiyi məlumata görə, Türkiyədə inflyasiya fevralda 39,05%-dən mart ayında illik müqayisədə 38,10% azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!