Türkiyə Mərkəzi Bankı Ankaradan köçürülür

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Mərkəzi Bankı Ankaradan köçürülür

Rəsmi

15 Avqust 2022 19:09 1134


Türkiyə Mərkəzi Bankı Ankaradan İstanbula köçürülür.

Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, ölkənin hakimiyyət orqanları Türkiyə Mərkəzi Bankının Ankaradan İstanbula köçürülməsi işinə başlayıb.

Nəşr yazır ki, əvvəllər də bununla bağlı planlar olub: Sezar pizza

“Xüsusilə, hakimiyyət Türkiyə Mərkəzi Bankının İstanbuldakı “Ataşehir” maliyyə mərkəzində yerləşməsini istəyir. Bu ideya isə indi həyata keçir. Lakin “Ataşehir” hazırda tikilməkdədir və maliyyə mərkəzinin tikinti işləri başa çatana qədər Mərkəzi Bankın müvəqqəti olaraq başqa binada yerləşəcəyi ehtimal edilir”, - deyə məluamtda vurğulanıb.

Məlumata görə, Türkiyə Mərkəzi Təhqiqat Bürosunun 100-ə yaxın əməkdaşı qeyri-müəyyənlik və planlaşdırma olmadığı üçün vəzifələrindən getmək istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!