Türkiyə mətbuatı Namik Ələskərovdan yazdı: “Şaşırtıyor!“

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə mətbuatı Namik Ələskərovdan yazdı: “Şaşırtıyor!“

İdman

26 Aprel 2022 14:45 348


Türkiyənin "Bursasporda Bugün" nəşri "Bursaspor"da çıxış edən millimizin üzvü Namik Ələskərov haqda yazıb.

Yenisabah.az xəbər verir ki, "Namik Alasgarov şaşırtıyor!" (Namik Ələsgərov təəccübləndirir – red.) başlıqlı yazıda Türkiyə 1-ci liqasında başa çatan 34 turdan sonra 27 yaşlı oyunçunun "Bursaspor"un ən çox qol vuran futbolçusu olduğu xatırladılıb. Onun son olaraq 34-cü turda "Denizlispor"la görüşdə (1:0) komandasının yeganə qolunu vurduğu bildirilib.

Namik "Bursaspor"da 6 qol, 6 qol ötürməsi ilə bu göstəricidə klubun lideridir. Ancaq buna baxmayaraq, millimizin üzvünün yararlana bilmədiyi qol epizodlarınının müzakirələrə səbəb olduğu qeyd edilib. pizza mizza

 "Bir çox epizodda bitirici özəlliyi zəif olan Namik Ələskərov yenə "Denizlispor"la görüşdə penaltidən yararlana bilmədi. Bu durum klubun camiəsini də, məşqçi heyətinə də çox təəccübləndirir" - deyə nəşr vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!