Türkiyə mətbuatı “Neftçi” rəhbərliyinin peşmançılığından yazdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə mətbuatı “Neftçi” rəhbərliyinin peşmançılığından yazdı

İdman

06 Fevral 2020 08:02 1027


Bir neçə gün əvvəl Türkiyənin “Qalatasaray” klubu nigeriyalı hücumçu Jesse Sekidikanı transfer edib.

“Yeni Sabah” xəbər verir ki, qardaş ölkənin “Milliyet” nəşri bu futbolçudan yazarkən Bakının “Neftçi” klubundan da bəhs edib.

Bildirilib ki, 23 yaşlı futbolçu 2019-cu ilin yanvarında “Neftçi”də də baxışda olub. Lakin “ağ-qaralar”ın sabiq italiyalı çalışdırıcısı Roberto Bordin forvardın çıxışını bəyənmədiyinə görə onu göndərib. pizza mizza

"Neftçi"nin düşərgəsindən aydıldıqdan sonra Sekidika birinci liqa təmsilçisi “Eskişehirspor”a keçib. O, meydana çıxdığı 29 matçda 14 qola imza atıb. Lakin pulunu vaxtında ala bilməyən futbolçu klubdan ayrılıb.

Mənbədə qeyd olunub ki, “Neftçi” rəhbərliyi Sekidikanı transfer etmədiklərinə görə sonradan peşman olub və “Biz Sekidikada nə görmədik? “Qalatasaray” kimi klub onu transfer edərkən biz onda axı nəyi bəyənmədik?” deyiblər.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!