AVRO-2024-ün seçmə mərhələsində Uels və Latviya ilə qarşılaşacaq Türkiyə millisi itki ilə üzləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyası məlumat yayıb.
Məlumata görə, yığmanın müdafiəçisi Çağlar Söyüncü zədələnib. pizza
27 yaşlı müdafiəçi sağ ayaq əzələsindən zədə aldığı üçün komandanın düşərgəsindən ayrılıb.
Qeyd edək ki, Türkiyə iyunun 16-da Latviyanın qonağı olacaq, üç gün sonra isə Uelsi qəbul edəcək.
Telegram kanalımız