Türkiyə millisi İrəvana getdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə millisi İrəvana getdi

İdman

24 Mart 2023 17:37 1060


2024-cü il Avropa çempionatının seçmə mərhələsinin D qrupunun ilk oyununda Ermənistanla səfərdə qarşılaşacaq Türkiyə milli futbol komandası İrəvana gedib.

Yenisabah.az “CNNTurk”ə istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi səfərlə bağlı deyib: "Sabah ilk oyunumuzu oynayacağıq. Yaxşı bir başlanğıc etmək istəyirik. 2024-cü il Avropa çempionatı Almaniyada keçirildiyinə görə bizim üçün son dərəcə əhəmiyyətlidir. Almaniyada çoxlu türk var. Ümid edirəm ki, texniki komandamız və futbolçularımız sabah burada, çərşənbə axşamı isə Bursada ən yaxşı nəticəni qazanmaq üçün mübarizə aparacaqlar. Məqsəd Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməkdir.

Beləliklə, ən çox tamaşaçı kütləsinə çata və öz evimizdə oynayırmış kimi oyunlarımızı keçirə bilərik. Komandamızın əhval-ruhiyyəsi çox yaxşıdır". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!