Türkiyə millisi Millətlər Liqasına məğlubiyyətlə başladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə millisi Millətlər Liqasına məğlubiyyətlə başladı

İdman

04 Sentyabr 2020 02:07 982


UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.

Yenisabah.az xəbər verir ki, ilk tur çərçivəsində 10 matç keçirilib.

D liqasının 1-ci qrupunun oyununda Latviya Andorra ilə qolsuz heç-heçə edib. Eyni qrupda yer alan Farer adaları Maltanı 3 qolla evə əliboş yola salıb. Dominos pizza

Ukrayna İsveçrə ilə görüşdə birincilər 3 xal qazanıb. Bu qrupun digər görüşündə Almaniya ilə İspaniya bərabərliyə razılaşıb.

B liqasında mübarizə aparan qonşu Türkiyə millisi isə evdə Macarıstana uduzub. Rusiya öz meydanında Serbiyadan üstün olub. Bu liqanın digər qrupunda Bolqarıstan İrlandiya ilə bərabərə qalıb, Uels Finlandiyanı məğlubiyyətə uğradıb.

C liqasındakı qarşılaşmalarda da qalib müəyyənləşməyib. Kosovo Moldovadan, Yunanıstan Sloveniyadan bir xalla ayrılıb.

Qeyd edək ki, Millətlər Liqasında ilk tura sentyabrın 5-də yekun vurulacaq.

Millətlər Liqası

I tur

3 sentyabr

A liqası, 4-cü qrup

Almaniya – İspaniya- 1:1

Qollar: Verner, 52 - Qaya, 90+6

Ukrayna – İsveçrə- 2:1

Qollar: Yarmolenko, 14, Zinçenko, 68 - Seferoviç, 41

B liqası, 3-cü qrup

Rusiya - Serbiya- 3:1

Qollar: Dzyuba, 48 (pen.), 81, Karavayev, 69 - Mitroviç, 78

Türkiyə - Macarıstan- 0:1

Qol: Şoboşlay, 80

B liqası, 4-cü qrup

Bolqarıstan - İrlandiya- 1:1

Qollar: Krayev, 56 - Daffi, 90+3

Finlandiya - Uels - 0:1

Qol: Mur, 80

C liqası, 3-cü qrup

Moldova – Kosovo- 1:1

Qollar: Nikolaesku, 20 - Kololli, 71

Sloveniya – Yunanıstan- 0:0

D liqası, 1-ci qrup

Latviya - Andorra - 0:0

Farer adaları - Malta- 3:2

Qollar: Olsen, 25, Andreas Olsen, 87, Brandur Olsen, 90 - Deqabriele, 37, Aqius, 73


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!