Türkiyə millisi son dəqiqədə buraxdığı qola görə xal itirdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə millisi son dəqiqədə buraxdığı qola görə xal itirdi

İdman

02 Sentyabr 2021 01:16 903


Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, qardaş ölkənin milli komandası 4-cü turda Monteneqro ilə qarşılaşıb.

G qrupunun lideri olan Şenol Günəşin yetirmələri xal itkisi ilə üzləşib. pizza sifarişi

Balkanlılar Risto Radunoviçin uzatma dəqiqələrindəki qolu ilə məğlubiyyətdən qaçıb. Xal hesabını 8-ə çatdıran Türkiyə millisi qrupun vahid lideridir.

Qeyd edək ki, türkiyəlilər sentyabrın 4-də Cəbəllütariq, 7-də Niderlandla görüşəcək. Hər iki matç səfərdə baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!