“Türkiyə millisinin gələcəyi parlaqdır“   - Qranit Caka

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə millisinin gələcəyi parlaqdır“ - Qranit Caka

İdman

21 İyun 2021 10:46 881


İsveçrə millisinin kapitanı Qranit Caka ötən gün Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Bakıda Türkiyəyə qalib gəldikləri oyun haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi deyib:

"Biz üzərimizə düşən vəzifəni yerinə yetirdik. 3 oyuna 4 xal toplamışıq. Digər nəticələri gözləyirik. Bizim işimiz qalib gəlmək idi, onu da etdik. Yaxşı oynayaraq 3 xal qazandıq. Sezar pizza

Əlbəttə ki, Türkiyə millisi yüksək səviyyəli oyunçulardan ibarətdir. Böyük klublarda çıxış edirlər. Amma turnirlərdə təcrübə vacibdir. Məncə, Türkiyə millisinin gələcəyi parlaqdır".

Qeyd edək ki, Türkiyə 0 xalla yarışda mübarizəni dayandırıb. İsveçrə millisi isə Uelslə eyni xalı toplasa da, rəqibindən top nisbətində 2 top geridə qaldığı üçün növbəti mərhələyə birbaşa vəsiqəni təmin edə bilməyib. Lakin komandanın ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala çıxmaq şansı var. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!