Türkiyə millisinin növbəti turdakı rəqibləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə millisinin növbəti turdakı rəqibləri müəyyənləşdi

İdman

25 İyun 2024 16:12 1274


Avropa çempionatının B qrupunda Xorvatiya ilə 1-1 hesablı bərabərlikdən sonra İtaliya yığması 4 xalla növbəti tura vəsiqə qazanıb. Eyni zamanda, bu oyunun nəticəsinə əsasən Türkiyə millisinin növbəti turdakı rəqibləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, türklər qrupdan 2-ci çıxacaqları təqdirdə Fransa millisinə rəqib olacaq. Türkiyə “ən yaxşı üçüncülər”dən biri kimi növbəti mərhələdə turnirin əsas favoritlərindən biri olan İngiltərə ilə qarşılaşacaq. 

Çox az ehtimal olunsa da, qardaş ölkənin öz qrupunda lider olmaq şansı hələ qalır. Bunun üçün Gürcüstan millisi Portuqaliyanı böyük hesabla məğlub etməlidir. Belə bir ssenaridə Türkiyə millisi növbəti turda Danimarka və Sloveniya millilərinin biri ilə qarşılaşacaq. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!