Türkiyə millisinin üzvü Salih Özcanın Almaniyanı Dortmund şəhərindəki evi yanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Yanğına səbəb qısa qapanma nəticəsində yaranıb və eyvandakı mebellərə sıçraması sayəsində yayılıb.
Yanğın 1,5 saata söndürülüb. Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Latviya ilə görüşdən sonra Dortmunda qayıdan Salih Özcana səlahiyətli şəxslər tərəfindən evinin yanması barədə məlumat verilib. pizza mizza
25 yaşlı yarımmüdafiəçi durumla bağlı açıqlamasında deyib: "Vəziyyətimiz çox yaxşıdır, şükür. Sadəcə maddi zərərə uğramışıq. Önəmli olan odur ki, heç kim yaralanmayıb".
Telegram kanalımız