Türkiyə MN: Ölkənin hava məkanına yaxınlaşan PUA F-16 qırıcıları vasitəsilə zərərsizləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə MN: Ölkənin hava məkanına yaxınlaşan PUA F-16 qırıcıları vasitəsilə zərərsizləşdirildi

Dünya

15 Dekabr 2025 23:17 514


Türkiyənin Milli Müdafiə Nazirliyi Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb.

APA nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava hədəfi aşkar edilərək mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.

Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib. pizza sifarişi

Açıqlamada qeyd olunur ki, sözügedən hava hədəfinin idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!