Türkiyə Müdafiə Nazirliyi bu il zərərsizləşdirilən terrorçuların sayını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Müdafiə Nazirliyi bu il zərərsizləşdirilən terrorçuların sayını açıqladı

Rəsmi

02 Noyabr 2021 02:04 1041


Türkiyənin Silahlı Qüvvələri ilin əvvəlindən regionda müxtəlif terror təşkilatlarının 2 300-dən çox yaraqlısını zərərsizləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyədə və xaricdə həyata keçirilən əməliyyatlarla bağlı məlumatı açıqlayan nazirliyin sözçüsü mayor Pınar Kara bildirib ki, bölgədə terrorçulara qarşı mübarizə davam edir. “Təkcə oktyabr ayı ərzində Türkiyədə və xaricdə 27 əməliyyat keçirilib, bu əməliyyatlar zamanı 279 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən zərərsizləşdirilən yaraqlıların ümumi sayı 2 360 nəfərə çatıb”, - deyə müdafiə qurumunun nümayəndəsi əlavə edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!