“Türkiyə müəssisəsi və Azərbaycan səfirliyinə zərbə Putinin sülh cəhdlərinə cavabıdır” - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə müəssisəsi və Azərbaycan səfirliyinə zərbə Putinin sülh cəhdlərinə cavabıdır” - Zelenski

Siyasət

28 Avqust 2025 20:51 377


"Bu gecə ruslar yenidən Ukraynaya zərbələr endirib və 30-dan çox raket, 600-ə yaxın pilotsuz uçan aparatdan istifadə ediblər".

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" səhifəsində yazıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində cari vəziyyət barədə həmkarına məlumat verib. Sezar pizza

"Bu atəş nəticəsində dördü uşaq olmaqla 17 nəfər həlak olub. Onlarla insanın vəziyyəti ağırdır və hazırda həkimlər həyatları üçün mübarizə aparırlar. Türkiyə müəssisəsi, Azərbaycan səfirliyi, Avropa İttifaqı nümayəndəliyi, "British Council" və yaşayış məntəqələrinə zərbələr endirilib. Bu, Putinin Ukrayna, ABŞ və avropalı tərəfdaşlarımızın qətlləri dayandırmaq cəhdlərinə cavabıdır. Ukraynaya, xalqımıza dəstəyə görə sizə təşəkkür edirəm. Biz Türkiyənin köməyini çox yüksək qiymətləndiririk", - Zelenski qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!