Türkiyə nəhəngləri “Neftçi“li istedada ELÇİ DÜŞDÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə nəhəngləri “Neftçi“li istedada ELÇİ DÜŞDÜLƏR

İdman

16 İyun 2024 16:34 690


"Neftçi"nin 14 yaşadək komandasının qapıçısı Said Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.

Yenisabah.az xəbər verir ki, qardaş ölkənin 3 klubu qolkiperin xidmətində maraqlıdır.

Söhbət İstanbul nəhəngləri olan "Fənərbaxça", "Qalatasaray" və Adana təmsilçisi "Adana Dəmirspor"dan gedir. pizza sifarişi

2011-ci il təvəllüdlü qapıçı futbolun sirlərini öyrənməyə ilk olaraq "Neftçi"də İslam Kərimovun yanında başlayıb.

Bir müddət "Qarabağ" akademiyasında sevimli peşəsinə davam edən Said artıq 2 ildi "Neftçi"nin formasını geyinir.

Yaşıdları arasında adından söz etdirən çərçivə qoruyucusunun hansı klubun akademiyasında futbol həyatına davam edəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

Maraq üçün bildirək ki, istedadlı futbolçu tanınmış qapıçı, "Neftçi", "Xəzər Lənkəran", "Turan Tovuz" kimi klubların şərəfini qorumuş Kamal Bayramovun övladıdır./SPORTİNFO.AZ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!