DÇ-2022-nin seçmə mərhələsinin ilk oyunları keçirilib.
Yenisabah.az xəbər verir ki, G qrupunda qərarlaşan Türkiyə yığması ilk matçda qrupun favoritlərindən biri hesab olunan Niderland yığması ilə qarşılaşıb.
Matça əla başlayan türklər Burak Yılmazın biri penaltıdan olmaqla vurduğu 2 qol sayəsində fasiləyə üstün yollanıblar. İkinci hissənin əvvəlində Hakan Çalhanoğlu niderlandlıları məyus edib. pizza sifarişi
3-0 geriyə düşən qonaqlar 75 və 76-cı dəqiqələrdə vurduqları 2 qolla geri dönüş etməyə çox yaxın olublar. Amma Burak Yılmaz cərimə zərbəsindən möhtəşəm qol vuraraq het-trikə imza atıb və Türkiyə millisinin 4-2 hesablı qələbəsini rəsmiləşdirib.
A qrupu
Türkiyə - Niderland - 4:2
Qollar: Burak Yılmaz, 15, 34 (pen), 81 Hakan Çalhanoğlu, 46, - Klaassen, 75, De Yonq, 76,
Telegram kanalımız