Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv edib

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv edib

Maraqlı

26 Sentyabr 2022 17:37 1015


"Türkiyə Silahlı Qüvvələri 2015-ci il iyulun 24-dən bu günədək ümumilikdə 36 143 terrorçunu zərərsizləşdirib”. 

“Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin yüksəkrütbəli rəsmiləri ilə keçirdiyi toplantıda deyib.

O, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu söyləyib. “Başda İraq və Suriya olmaqla bütün qonşularımızın sərhəd bütövlüyünə, suverenliyinə hörmət edirik. Yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Buna görə terrorla mübarizəyə davam edirik”. Toyuqlu pizza

H.Akar bildirib ki, ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək: “Bu il isə yanvar ayından etibarən Suriya və İraqın şimalında 2 874 terrorçu məhv edilib. Pənçə-Kilit əməliyyatı uğurla davam edir. Bu əməliyyat çərçivəsində 397 terrorçu zərərsizləşdirilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!