Türkiyədə baş verən zəlzələyə görə ölkənin silahlı qüvvələri hazır vəziyyətə gətirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edir ki, Türkiyə Silahlı Qüvvələrinin Humanitar Yardım Briqadaları və nəqliyyat təyyarələri xidmətə hazırdır. Marqarita pizza
"Tələbləri qarşılamaq üçün koordinasiyaya başlanılıb", - açıqlamada bildirilir.
Milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi və Quru Qoşunları komandanı ilə birlikdə zəlzələ baş verən bölgəyə gedib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.
Telegram kanalımız