Türkiyə "Pəncə Şimşək" və "Pəncə Kaplan" bölgələrində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib. Pepperoni pizza
"Şəhidlərimizin qanının yerdə qalmaması üçün İraqın şimalındakı terror yuvalarına qarşı əməliyyatlarımız fasiləsiz davam edir", - deyə Nazirlik qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyə ordusunun hərbi qulluqçusu İraqda əməliyyat zamanı şəhid olub.
Telegram kanalımız