Türkiyə ordusu Suriyanın şimalında daha 2 terrorçunu zərərsizləşdirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.
Bildirilib ki, “Zeytin Dalı” əməliyyatının keçirildiyi bölgədə məhv edilən hər iki terrorçu PKK/YPG terror təşkilatına mənsub olub. Toyuqlu pizza
“Terrorçuların qaçacaqları yer yoxdur. Onlar üçün heç bir məkan təhlükəsiz deyil”, - deyə nazirlik vurğulayıb.
Məlumatda bundan sonra da terrorçuluğa qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.
Telegram kanalımız