Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı keçirdiyi Eren Kış-6 əməliyyatı zamanı türk hərbçi şəhid olub.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Tuncelinin Ovacık ərazisində aparılıb.
Əməliyyat nəticəsində 3 terrorçu məhv edilib. Türkiyə ordusunun əsgəri ağır yaralanıb və o, xəstəxanada vəfat edib. Toyuqlu pizza
Daxili işlər naziri Süleyman Soylu şəhidin ölümü ilə əlaqədar Türkiyə xalqına və yaxınlarına başsağlığı verib.
Telegram kanalımız