“Türkiyə Pakistanla həmrəydir” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə Pakistanla həmrəydir” - Ərdoğan

Siyasət

07 May 2025 21:58 289


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Oxu.Az "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, liderlər Hindistan-Pakistan gərginliyini müzakirə ediblər.

R.T.Ərdoğan telefon söhbəti zamanı Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib. Pepperoni pizza

O, Pakistanın Hindistanla gərginlik prosesində göstərdiyi soyuqqanlı siyasətin Ankara tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Türkiyə lideri Cammu və Kəşmir bölgəsindəki terror hücumu ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq təhqiqatın aparılması təklifin məqsədəuyğun olduğunu vurğulayıb:

"Türkiyə gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır və bu mövzuda diplomatik təmaslar davam etdiriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!