Türkiyə parlamenti Ermənistanın cinayətlərini araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə parlamenti Ermənistanın cinayətlərini araşdırır

Dünya

15 Noyabr 2020 13:51 1063


Türkiyə parlamentinin İnsan hüquqları komissiyası 27 sentyabr 2020-ci il tarixindən sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşləri nəticəsində Azərbaycan sakinlərinin hüquqlarının pozulması ilə bağlı araşdırmalara başlayıb.

Yenisabah.az Türkiyə KİV-inə istinadən bildirir ki, bu barədə parlament komissiyasının rəhbəri Hakan Çavuşoğlu məlumat verib.

Onun sözlərinə görə, Türkiyə parlamentində Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq başlamış eskalasiya dövründə baş vermiş hüquq pozuntuları üzrə xüsusi alt komitə yaradılıb. Toyuqlu pizza

Həmin qurum Türkiyədəki Ermənistan vətəndaşlarının vəziyyətini də öyrənəcək. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!