Türkiyə Prezidenti: 1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Prezidenti: 1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır

Siyasət

28 May 2025 20:49 514


Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışında deyib.

Ərdoğan keçmişdən dərs almağa və regionda davamlı sülh, etimad və mehriban qonşuluq istiqamətində addımlar atmağa çağırıb. "İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq", - Türkiyə lideri bildirib. Marqarita pizza

Onun sözlərinə görə, Türkiyə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. “Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq”, - deyən Türkiyə lideri Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirib. O, qeyd edib ki, 1918-ci ildə Azərbaycanda yaradılmış Cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!