Türkiyə Putinlə bağlı xəbəri təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Putinlə bağlı xəbəri təkzib etdi

Siyasət

21 Oktyabr 2025 19:45 2505


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladimir Putinin Türkiyə hava məkanı vasitəsilə Budapeştə gedəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Yenisabah.az xəbər verir ki, Türkiyə XİN-dəki mənbə TASS-a açıqlamasında bu cür şayiələri dezinformasiya adlandırıb.

“Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin marşrutunu niyə dərc etməlidir? Bu, yalan məlumatdır”, - türk diplomat “AirLive” portalının iddiasını şərh edərkən deyib. pizza sifarişi

“AirLive” bundan əvvəl iddia etmişdi ki, Vladimir Putinin təyyarəsi Türkiyə, Yunanıstan, Albaniya, Monteneqro və Serbiyanın hava dəhlizlərindən istifadə edərək ABŞ Prezidenti Donald Trampla görüşəcəyi Macarıstanın paytaxtı Budapeştə uçacaq./Teleqraf 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!