Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarladı

Rəsmi

04 İyun 2021 22:40 1464


Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qara dəniz sahilində Filios limanının açılışında çıxış edən Ərdoğan bildirib ki, "Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlanıb. Sezar pizza

Prezident qeyd edib ki, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir. 2020-ci ilin avqustunda Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatların aşkar olunması haqqında bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!