Türkiyə qrupu xalsız başa vurdu, Uels ikinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə qrupu xalsız başa vurdu, Uels ikinci oldu

İdman

20 İyun 2021 21:58 1015


Avro-2020-nin qrup mərhələsi davam edir.

Yenisabah.az xəbər verir ki, 10-cu oyun günündə 3-cü tura 2 oyunla start verilib.

A qrupunda Türkiyə millisi Bakıda İsveçrə ilə qarşılaşıb. Ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq istəyən kollektiv son şansından yararlana bilməyib. Matç İsveçrənin 3-1 hesablı qələbəsilə başa çatıb. Türkiyə millisi AVRO-2020-ni xalsız başa vurub. Pepperoni pizza

Digər matçda isə artıq pley-offa vəsiqəni təmin edən İtaliya Uelsə qalib gəlib. Bu məğlubiyyətə baxmayaraq Uels qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

Avropa çempionatı

A qrupu, 3-cü tur

20:00. İsveçrə - Türkiyə - 3:1

Qollar: Seferoviç, 6, Şakiri, 26, 68, - Kahveci, 62 

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Bakı Olimpiya Stadionu.

 

20:00. İtaliya - Uels - 1:0

Qol: Pessina, 39

Qırmızı vərəqə: Ampadu, 55 (Uels)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

Roma, "Olimpiko" stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!