“Türkiyə regional güc olmaq yolunda xeyli uğur əldə edib”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə regional güc olmaq yolunda xeyli uğur əldə edib” - Politoloq

Siyasət

11 İyul 2020 10:28 995


“Türkiyə rəhbərliyinin Aya Sofya məbədini məscid etməsi, əsasən, geosiyasi amillərdən irəli gəlir”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, bu, yeniosmanilizm siyasətinin tərkib hissəsidir:

“Məhz qardaş ölkə İraqda, Suriyada, Aralıq dənizində və Liviyada mövqelərini möhkəmləndirməklə regional güc yolunda xeyli uğur əldə edib. Artıq Türkiyəsiz Yaxın Şərqdə hərbi əməliyyatlar keçirmək mümkün deyil. Bir müddətdən sonra, ABŞ da Türkiyəni dəstəkləyəcək. Aya Sofya dünyanın mədəni irs siyahısına daxildir. Xristian provaslavlar üçün bunun müqəddəs bir anlamı var. Bu qərar Türkiyənin daxili işidir. Amma beynəlxalq münasibətlər sistemində bu qərarı verəndə Ankara tələsməməli idi. Aya Sofya xristian məbədinin tarixi abidə kimi qalması daha da məqbul idi”. pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!