Türkiyə S-400-ləri aktiv edir   – ABŞ narahatdır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə S-400-ləri aktiv edir – ABŞ narahatdır

Dünya

21 Aprel 2020 10:33 1019


Ötən illərdə ABŞ və Türkiyə arasında ciddi problemə səbəb olan S-400-lərlə bağlı Vaşinqton açıqlama verib. 

Yenisabah.az xəbər verir ki, Türkiyə rəsmisi ötən gün ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, Ankaranın S-400-ləri aktiv etmə planında dəyişiklik olmadığını, sadəcə koronavirusla əlaqədar aprel ayı üçün nəzərdə tutulan planların təxirə salındığını deyib. Bu xəbər yayımlandıqdan dərhal sonra ABŞ-ın Xarici İşlər Nazirliyindən reaktiv cavab gəlib. 

Belə ki, ABŞ XİN sözçüsü Morqan Ortaqus "Reuters" xəbər agentliyinin e-poçtuna cavab göndərərək bildirib ki, Türkiyənin S-400 hava müdafiə sistemini almasına qarşıdırlar. Həmçinin Türkiyənin bu məsələdə geri addım atmaması narahatlıqlarına səbəb olur: "S-400-lərin satışı sanksiya məsələsinin müzakirəsinə səbəb olur, bu prosesin tətbiqinin ikili münasibətlərdə və NATO-da ciddi bir problem yaratdığını vurğulamaq istəyirik. Prezident Rəcəb Tayyib Ərdoğanın və digər yüksək vəzifəli şəxslərin bu məsələdəki münasibətimizi başa düşdüklərinə əminik".  Dördpendirli pizza

Sayad Həsənli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!