Türkiyə səfirliyi növbəti dəfə Azərbaycan vətəndaşlarına müraciət etdi

Türkiyə səfirliyi növbəti dəfə Azərbaycan vətəndaşlarına müraciət etdi

Digər

06 Fevral 2023 14:25 649


Azərbaycanın Türkiyədəki səfirliyi güclü zəlzələdə zərər çəkmiş Türkiyə Respublikasında yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, səfirlik aşağıda qeyd olunanları nəzərə almağı Azərbaycan vətəndaşlarına tövsiyə edib:

1.Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;

2.Qarşılaşdıqları çətinliklərlə əlaqədar yaşadıqları ərazinin səfirlik tərəfindən təyin olunmuş cavabdeh şəxsləri ilə mütəmadi olaraq əlaqə saxlamaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!