Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırıldı

Maraqlı

31 May 2023 21:13 3108


Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb, üzr istənilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə edilib. Pepperoni pizza

Ekran əsərinin Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri texniki səhv olduğunu bildirərək yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

Mayın 27-də ATV telekanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!