Dünya çempionatının seçmə mərhələsində VIII tura start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 11 qarşılaşma keçirilib.
Ölkəmizdə maraqla gözlənilən matçda Türkiyə millisi Latviyanın qonağı olub. Görüş "ay-ulduzlular"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Gərgin keçən oyunun son dəqiqəsində Burak Yılmaz penaltini qola çevirib və komandasına qələbə qazandırıb. pizza hut
J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması səbəb olub.
DÇ-2022, seçmə mərhələ
VIII tur
11 oktyabr
E qrupu
Belarus - Çexiya - 0:2
Qollar: Patrik Şik, 22, Adam Qlojek, 65
Estoniya - Uels - 0:1
Qol: Kiffer Mur, 12
G qrupu
Latviya - Türkiyə - 1:2
Qollar: Merih Demiral, 70 (avtoqol) - Serdar Dursun, 76, Burak Yılmaz, 90+9 (penalti)
Niderland - Cəbəllütariq - 6:0
Qollar: Vircil van Deyk, 9, Memfis Depay, 21; 45+3 (penalti), Denzel Dumfris, 48, Arno Dancuma, 75, Doniel Malen, 86
Norveç - Monteneqro - 2:0
Qollar: Məhəmməd Elyunussi, 29; 90+6
Qırmızı vərəqə: Marko Veşoviç, 90+4
H qrupu
Kipr - Malta - 2:2
Qollar: Fotis Papulis, 7, Pieros Sotiriu, 80 - Zak Muskat, 53, Yurgen Deqabriele, 90+8
Sloveniya - Rusiya - 1:2
Qollar: Yosip İliçiç, 40 - İqor Divyeyev, 28, Georgi Cikiya, 32
Xorvatiya - Slovakiya - 2:2
Qollar: Andrey Kramariç, 25, Luka Modriç, 71 - İvan Şrants, 20, Lukaş Qaraslin, 45
J qrupu
Şimali Makedoniya - Almaniya - 0:4
Qollar: Kay Haverts, 50, Timo Verner, 70; 73, Camal Musiala, 86
Rumıniya - Ermənistan - 1:0
Qol: Yonuts Mitritse, 26
İslandiya - Lixtenşteyn - 4:0
Qollar: Stefan-Teytür Tordarson, 19, Albert Qvüdmündsson, 35 (penalti), 79 (penalti), Andri Qudyonsen, 89
Qırmızı vərəqə: Martin Markser, 65 (İslandiya)
Telegram kanalımız