Türkiyə Super Liqasında çempion müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Super Liqasında çempion müəyyənləşdi

İdman

20 İyul 2020 00:37 1089


Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, sona bir tur qalmış çempion müəyyənləşib.

"Kayserispor" üzərində qələbə qazanan "Başakşəhər" ən yaxın izləyicisi üçün əlçatmaz olub. Bununla 2016/17 və 2018/19 mövsümlərində ikinci yeri tutan İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazanıb. "Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və "Bursaspor"dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub olub. Toyuqlu pizza

"Konyaspor"a uduzan "Trabzonspor" gümüş medal şansını da təhlükəyə atıb. "Sivasspor"la "Beşiktaş" isə öz meydanında qələbə qazanıb. Xüsusən də, "Beşiktaş" İstanbul derbisində "Fənərbaxça"nı məğlub edib. İlk "4-lük"dəki komandalar dəqiqləşsə də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək.

Öz meydanında "Alanyaspor"a məğlub olan "Ankaragücü" isə Super Liqanı tərk edən ilk klub olub.

Türkiyə Super Liqası

XXXIII tur

19 iyul

"Alanyaspor" - "Dənizlispor" - 1:0

Bulut, 90+5

"Ankaragücü" - "Antalyaspor" - 0:1

Yahoviç, 90+2

"Başakşəhər" - "Kayserispor" - 1:0

Mahmud Təkdəmir, 19

"Beşiktaş" - "Fənərbaxça" - 2:0

Vida, 63; Gökhan Gönül, 70

"Rizəspor" - "Yeni Malatyaspor" - 3:0

Skoda, 29, 35 (pen.); Boldrin, 31

"Sivasspor" - "Gənclərbirliyi" - 2:0

Kone, 29 (pen.); Yatabare, 66

"Trabzonspor" - "Konyaspor" - 3:4

Sorlot, 12, 56; Novak, 61 - Bajiç, 42; Şengelia, 81; Skubiç, 88; Türam, 90+2

/Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!