Türkiyə Superliqası: “Beşiktaş” və “Başakşəhər” məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Superliqası: “Beşiktaş” və “Başakşəhər” məğlub oldu

İdman

13 Dekabr 2020 22:46 1095


Türkiyə Super Liqasında XII tur davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün turun daha 3 qarşılaşması baş tutub. 

"Beşiktaş" lider “Alanyaspor”un qonağı olub. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Toyuqlu pizza

Son çempion “Başakşəhər” isə evdə uduzub. İstanbullular “Qaziantep” qarşısında aciz qalıb.

Autsayderlər qrupunda yer alan “Ərzurum BB” ilə “Gənclərbirliyi”nin duelinin taleyini bir qol həll edib. Ankara təmsilçisi səfər qələbəsinə sevinib.

Qeyd edək ki, tura dekabrın 14-də yekun vurulacaq.

Türkiyə Super Liqası

XII tur

13 dekabr

“Ərzurum BB” – “Gənclərbirliyi” – 0:1

Qol: Yılmaz, 81

“Alanyaspor” – “Beşiktaş” – 2:1

Qollar: Bakasetas, 26 (pen.), Binqol, 80 – Abubakar, 90 (pen.)

“Başakşəhər” – “Qaziantep” – 1:2

Qol: Kriveli, 56 – Miralyas, 44, Demir, 74


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!