Türkiyə Superliqasının 15-ci turunda "Qalatasaray" səfərdə "Sivasspor"la üz-üzə gəlib.
Yenisabah.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən matçda "sarı-qırmızılılar" qələbə qazanıblar - 3:2.
"Qalatasaray" 16-cı dəqiqədə Metehan Baltacının qırmızı vərəqə almasından sonra oyunu 10 nəfərlə başa vurub. Sezar pizza
"Cim-bom" bu qələbə ilə xalını 38-ə yüksəldib və liderliyini davam etdirib. "Sivasspor" isə 18 xalla 10-cu pillədə qərarlaşıb.
Telegram kanalımız