Türkiyə Superliqasında yay transfer mövsümündə rekord məbləğ xərclənib

Türkiyə Superliqasında yay transfer mövsümündə rekord məbləğ xərclənib

İdman Veb saytların hazırlanması

16 Sentyabr 2023 15:21 433


Türkiyə Superliqasında son illərin ən maraqlı yay transfer mövsümü başa çatıb. Əzəli rəqiblərin bir-birinə qarşı mübarizə apardığı bu yarışda rekordlar bir-birini izləyib. 81 gündə klublar əvvəlki illərlə müqayisədə daha çox pul qazanıblar.

Belə ki, 20 komanda yayda 267 oyunçunun keçidini rəsmiləşdirib. Bunun üçün ümumilikdə 147,1 milyon avro xərclənib. Bu isə liqa tarixində ən çox transfer xərcinin yaşandığı dövr olub.

Yay transfer dönəminin ən bahalı transferini “Fənərbağça” həyata keçirib: Fransanın “Marsel” klubuna Cengiz Ünder üçün 15 milyon avro ödəyib.

Klublar tərəfindən həyata keçirilən transferlərə yaş baxımından nəzər saldıqda 23-30 yaş arasında olanlara önəm verildiyi və bu müddətdə heyətlərə 182 futbolçunun qoşulduğu görünür. 23 yaşa qədər 55 futbolçu cəlb olunduğu halda, 30 yaşdan yuxarı futbolçuların sayı 46 olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!