Türkiyə Superliqasının bərpa tarixi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Superliqasının bərpa tarixi məlum oldu

İdman

24 Aprel 2020 20:22 888


Koronavirusa görə yarımçıq dayandırılan Türkiyə Superliqasının oyunları iyunun 10-dan sonra bərpa oluna bilər.

Yenisabah.az "TRT Spor"a istinadən xəbər verir ki, bunu Klublar Komitəsinin (KK) sədri Mehmet Sepil bu gün gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda deyib.

Komitə sədri liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlərin 11, 12 və ya 13 iyun olduğunu bildirib. O, çemionatı iyulun 26-dək yekunlaşdırmaq istədiklərini söyləyib. M.Sepil qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib. Dördpendirli pizza

Qeyd edək ki, Türkiyə çempionatı martın 19-da dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!