Türkiyə Suriyada 2 hərbi baza yaradır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Suriyada 2 hərbi baza yaradır

Dünya

04 Aprel 2025 13:33 313


Ankara və Suriyanın yeni hakimiyyət orqanları bu ərəb ölkəsində iki türk hərbi bazasının yaradılması ilə bağlı ilkin razılığa gəlib.

Yenisabah.az Jerusalem Post-a istinadla xəbər verir ki, bazalardan biri Suriyanın mərkəzində Palmira yaxınlığındakı Tiyas aviabazasında (T4), digəri isə Türkiyə ilə sərhəddən 13 km aralıda Menaq hərbi aerodromunda yerləşəcək.

Türkiyə artıq T4 aviabazasına nəzarəti təhvil almağa başlayıb. Ərazidə tikinti işləri aparılır və Ankara gələcəkdə orada hava hücumundan müdafiə sistemlərini yerləşdirmək niyyətindədir. Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Tiyas bazasına ötürə biləcəyini istisna etmir. pizza sifarişi

Aprelin 3-nə keçən gecə İsrail aviasiyası Suriyadakı T4 və bir sıra digər hava bazalarına kütləvi zərbələr endirib. Bu hücumlar Türkiyəyə Suriyadakı hərbi varlığını gücləndirməyin qəbuledilməz olduğuna dair siqnal vermək məqsədi daşıyıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!