Türkiyə Suriyada əməliyyat keçirməyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Suriyada əməliyyat keçirməyə hazırlaşır

Dünya

09 Yanvar 2025 16:33 406


Türkiyə Silahlı Qüvvələri PKK və ona bağlı qruplara qarşı Suriyada transsərhəd əməliyyat keçirməyə hazırdır. 

Yenisabah.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindəki mənbə danışıb: 

"Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və terrorçu qruplaşmalar silahı yerə qoymasalar, onlara qarşı sərhədyanı əməliyyat keçirməyə qərarlıyıq” Toyuqlu pizza

Telekanalın həmsöhbəti vurğulayıb ki, Türkiyə hərbçiləri PKK və ona bağlı qrupların Tişrin bəndi kimi strateji obyektlərdən regionda sabitliyi pozmaq cəhdlərinin qarşısını alacaq.

Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri son bir həftədə Suriya və İraqda 94, 2024-cü ildə isə 3100-dən çox terrorçunu məhv edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!