Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək

Dünya

05 Yanvar 2025 13:36 320


Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək.

"Report"“Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.

O, söyləyib ki, Ankara prosesə müdaxilə edəcək: “Yeni dövrdə Suriya yenidən qurulacaq, infrastruktur, turizm, ticarət kimi sahələr yenidən qurulacaq. Biz bu prosesə töhfə verəcəyik. Yeni mərhələdə qonşumuz Suriyanın yanında olacağıq”. Pepperoni pizza

C.Yılmaz, həmçinin Qərb dünyasını Bəşər Əsəd rejiminə qarşı vaxtı ilə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıb: “İndi yeni Suriya, yeni mühit var. Odur ki, sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını arzulayıram”.

Vitse-prezidentin sözlərinə görə, Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılması bu ölkənin bərpasına töhfə verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!