Türkiyə Suriyaya hərbi texnika göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Suriyaya hərbi texnika göndərəcək

Dünya

17 Oktyabr 2025 23:48 222


Türkiyə Suriya ordusuna müxtəlif hərbi texnika ötürmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Türkiyə Suriyanı hərbi texnika ilə təchiz etməyi, əvəzində Ankaraya Suriya sərhədi boyunca qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirməyə imkan verəcək saziş bağlamağı planlaşdırır. 1998-ci ildə imzalanmış müqaviləyə əsasən, Türkiyə Suriyada terrorçu hədəflərə qarşı 5 kilometr dərinlikdə əməliyyat apara bilər. Yeni müqavilə ilə bu məsafənin 30 kilometrə qədər genişləndirilməsi nəzərdə tutulur. pizza mizza

Bildirilir ki, tədarüklərə zirehli texnika, pilotsuz uçuş aparatları, artilleriya, raketlər və hava hücumundan müdafiə sistemləri daxil olacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!