Türkiyə təyyarənin İrəvana uçmasına imkan vermədi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə təyyarənin İrəvana uçmasına imkan vermədi

Maraqlı

30 Aprel 2023 08:30 1183


Fransadan Ermənistana uçan (Paris-İrəvan reysi) "FlyOne Ermənistan" şirkətinin təyyarəsi məcburən Kişinyov hava limanına eniş edib. 

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"FlyOne Ermənistan" şirkəti isə Ermənistandan Avropaya uçuşlar üçün Türkiyənin hava məkanını bağladığını bildirib. Bu səbəbdən də Fransadan İrəvana uçan təyyarə şirkətin mərkəzi ofisinin yerləşdiyi Kişinyova məcburi eniş edib. Marqarita pizza

Qeyd edək ki, Türkiyənin "FlyOne Ermənistan" şirkətinin təyyarələri üçün hava məkanın hansı səbəbdən bağladığı açıqlanmır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!