Türkiyə təyyarəsinə dair son məlumat açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə təyyarəsinə dair son məlumat açıqlandı

Dünya

20 Noyabr 2025 13:27 464


Türkiyənin Milli Müdafiə Nazirliyindəki (MMN) rəsmi mənbə "C-130" hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatı yayıb.

"Yeni Sabah" CNN Türk-ə istinadla xəbər verir ki, işlərin böyük dəqiqliklə davam etdiyini bildirən MMN mətbuat müşavirinin sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan təyyarənin “qara qutu”sunun araşdırılması davam edir.

Uçuş məlumatlarını qeyd edən qurğu və Kokpit Səs Yazısı Qeydçisi cihazlarının Türk Aviasiya və Kosmik Sənaye qurumu müəssisələrində araşdırılması hələ başa çatmayıb. pizza hut

Nazirliyin mətbuat müşaviri Zəki Aktürk əlavə edib ki, təyyarəyə aid qalıqlar Kayseridə yerləşən İkinci Hava Texniki Nəzarət zavodunda diqqətlə araşdırılacaq. 

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!