“Türkiyə tezliklə Qarabağ məsələsində söz sahibinə çevriləcək”   - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə tezliklə Qarabağ məsələsində söz sahibinə çevriləcək” - Proqnoz

Siyasət

09 İyun 2020 15:57 1624


“Türkiyənin Liviyada uğurlu hərbi əməliyyatları demək olar ki, general Həftərin arxasında gizlənən Rusiya, Fransa, Misir, BƏƏ, İsrail və bir neçə dövlətin məğlub olmasına gətirib çıxardı. Ankara müasir döyüş taktikası ilə Rusiyanın Həftərə verdiyi havadan hücum sistemlərini, göndərilən hərbi təyyarələri, Vaqner muzdlu qoşununu və Misiri darmadağın etdi. Artıq Qahirə bəyannəməsini ortaya atmaqla məğlub olduqlarını etiraf etmiş oldular”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Yaxın və Orta Şərqdə siyasi-hərbi nizamın formalaşmasını Türkiyə uğurla həyata keçirib: “Türkiyə İngiltərə və bir neçə ölkənin dəstəyi ilə Aralıq dənizində öz mövqeyini gücləndirmiş oldu. Liviyada sülhün və istiqlalın bərpasını Türkiyə təşkil edə biləcək. Çünki tarixi təcrübəsi və mənəvi öhdəliyi var. Türkiyə artıq regionda "onsuz heç bir konfliktin həlli yoxdur" prinsipi ilə hərəkət edərək, gələcək perspektivdə beynəlxalq güc statusunu əldə etməkdədir. Türkiyə İsraillə birgə Aralıq dənizinin Şərq sahilində neft və qaz yataqlarının istismarını həyata keçirə bilər. Yunanıstan və Misir burada məğlub durumdadır. Göründüyü kimi, Ankaranın Suriyada, İraqda və Liviyada güclənib, öz maraqlarını müdafiə edir, hətta NATO çərçivəsindən çıxaraq daha müstəqil qərarlar vermək gücünə sahib olub”. 

Politoloq qeyd edib ki, Türkiyənin təkcə Yaxın və Orta Şərqdə deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyada da regional maraqları var: “Bu istiqamətdə geosiyasi vəziyyət yetişincə addımlar atmağa çalışacaq. Bildirim ki, Türkiyə ilə Azərbaycan arasında yeni hərbi-texniki müqavilə bağlanıb. Artıq Türkiyənin öz ordusunun balansında olan bütün növ silahların Azərbaycana satılmasında heç bir problem olamayacaq. Bu, əlbəttə ki, Türkiyənin Cənubi Qafqazda güclənməsinə hesablanıb. Həmçinin Azərbaycanın döyüş potensialının inkişafını, Ermənistan üzərində əzici üstünlüyünü artıracaq. Bununla Azərbaycan həm də Rusiyadan silah asılılığına son qoymuş olacaq. Türkiyədən alınacaq silahlar seriyasına "ATAk" helikopetrləri, "Altay" tankları, yeni artilleriya vasitələri və pilotsuz aparatalar daxildir. Türkiyə Azərbaycan əlaqələrində yeni hərbi səhifə mərhələsi başlayır”.  pizza mizza

Ekspert həmçinin vurğulayıb ki, Türkiyə Azərbaycanın Xəzər donanmasının güclənməsinədə töhfəsini verə bilər: “Türkiyə əvvəlki illərdən fərqli olaraq Qarabağ münaqişəsinin həllində daha da yaxın tərəf olacaq və onun burada iştirakı labüd olacaq. Məhz Cənubi Qafqaz və Xəzər dənizində Türkiyə öz mövqeyini gücləndirsə, Qarabağ məsələsində söz sahibi olacaq. Qarabağ məsələsinin həllində yeni yanaşma ortaya qoyulacaq. Rusiya digər ərazilərdə Türkiyə ilə hesablaşdığı kimi, burada da hesablaşmaq məcburiyyətində qala bilər. Hələlik geosiyasi prosesləri Türkiyə düzgün qiymətləndirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!