Türkiyə - Uels oyununa 25 min bilet satılıb

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə - Uels oyununa 25 min bilet satılıb

İdman

16 İyun 2021 09:35 856


AVRO-2020-nin qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək Türkiyə - Uels oyununda anşlaq gözlənilir.

Yenisabah.az-ın məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi Bakı Olimpiya Stadionundakı qarşılaşma satışa çıxarılan 31 min biletdən 25 mininin artıq satıldığını söyləyib. O, bu görüşü izləmək üçün Türkiyədən 4000-ə yaxın azarkeşin Bakıya gələcəyini bildirib. Uelsin isə matçda 300 tərəfdarı olacaq. Dördpendirli pizza

Oyun saatına qədər qalan biletlərin də satılması gözlənilir. Bu isə o deməkdir ki, koronavirus pandemiyasından bəri Bakıda ilk dəfə belə böyük azarkeş kütləsi oyun izləyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!